129
AZƏRBAYCAN
OptimalTEMP Texnologiyası
Optimal TEMP Texnologiyası ütünün temperatur parametrini dəyişdirmədən bütün növ ütülənən parçaları
istədiyiniz qaydada ütüləməyə imkan verir.
Ütü altlığını birbaşa ütü masasının üzərinə etibarlı şəkildə qoya bilərsiniz (Şək. 4) yenidən ütü
platformasına qoymağınıza ehtiyac yoxdur. Bu, qolunuza düşən gücü azaltmağa yardım edəcək.
-
Bu simvolların olduğu parçaları ütüləmək mümkündür: məsələn, kətan, pambıq, polyester, ipək, yun,
viskoz və süni ipək (Şək. 5).
-
Bu simvol olan parçaları ütüləmək olmaz. Bu parçalara Spandex və ya elastan kimi sintetik parçalar,
tərkibində Spandex olan parçalar və poliolefinlər (məsələn, polipropilen), eyni zamanda geyimlərdəki
naxışlar daxildir (Şək. 6).
Cihazınızdan istifadə
Ütüləmə
1
Buxar generatorunu stabil və düz səthə qoyun.
2
Su çənində kifayət qədər su olduğundan əmin olun (“Su çənini doldurma” bölməsinə baxın).
3
Şəbəkə ştepselini torpaqlanmış divar rozetkasına taxıb, buxar generatorunu işə salmaq üçün
yandırın/söndürün düyməsinə basın. Cihazın isinməyə başladığını göstərmək üçün cihazdakı
göy rəngli “yanılıdır” işığı və “ütü hazırdır” işığı yanıb-sönməyə başlayır (bu, təxminən 2 dəqiqə
çəkir) (Şək. 7).
,
Cihaz istifadəyə hazır olduqda “ütü hazırdır” və “yanılıdır” işığının yanıb-sönməsi dayanır və
davamlı olaraq yanmağa başlayır. Əlavə olaraq, qısa siqnal səsi eşidirsiniz.
4
Ütünü ütü platformasından götürmək üçün daşıma kilidini açma düyməsinə basın (Şək. 8).
5
Ütüləməyə başlamaq üçün buxar tətiyini basıb saxlayın. (Şək. 9)
Heç vaxt buxarı insanlara yönəltməyin.
Buxar püskürtmə funksiyası
Buxar püskürtmə funksiyası çətin qırışların öhdəsindən asanlıqla gəlir.
-
Davamlı buxar təminatı üçün buxar püskürtmə tətiyinə iki dəfə basın (Şək. 10). Buxar püskürtmə
funksiyası aktivləşdirildikdə buxar tətiyinə davamlı olaraq basıb saxlamaq lazım deyil. Buxar püskürtmə
funksiyasını dayandırmaq üçün buxar tətiyinə bir dəfə basın.
Şaquli ütüləmə
İsti buxar ütüdən çıxır. Kiminsə geyindiyi paltardan qırışları hamarlamağa çalışmayın. Özünüzün və
ya başqasının əlinə yaxın buxar tətbiq etməyin.
Asılmış parçaların qırışlarını hamarlamaq üçün ütüdən şaquli vəziyyətdə istifadə edə bilərsiniz.
1
Ütünü şaquli vəziyyətdə saxlayın, buxar düyməsinə basın və ütünün altlığı ilə yavaşca paltara
toxunun (Şək. 11).
Enerjiyə qənaət
ECO rejimi
-
ECO rejimini (azaldılmış buxar miqdarı) istifadə edərək enerjiyə qənaət edə və yaxşı ütüləmə nəticələri
əldə edə bilərsiniz. Yaşıl işıq yanır (Şək. 12).
-
ECO rejimini ECO düyməsinə basmaqla deaktiv edə bilərsiniz. Yaşıl işıq sönür.
Təhlükəsiz avtomatik söndürmə rejimi
-
Enerjiyə qənaət etmək üçün cihaz 10 dəqiqə ərzində istifadə edilmədikdə avtomatik sönür. Yandırın/
söndürün düyməsinin üzərindəki avtomatik söndürmə işığı yanıb-sönməyə başlayır (Şək. 13).
Summary of Contents for PerfectCare Elite GC9600 Series
Page 170: ......