Not for
Reproduction
21
Xidmət hissələri - Model: 80000, 90000, 093J00, 100000
Təmir detalı
Detalın nömrəsi
Hava filtri, köpük (bax şəkil 17)
799579
Hava filtri, kağız (bax şəkil 18)
593260
Hava Filtri, ilkin təmizləyici (bax şəkil 18)
594055
Yağ - SAE 30
100113
Rezistorlu alışma şamı (Model 80000, 90000, 093J00)
692051
Rezistorlu alışma şamı (Model 100000)
594056
Şam açarı
19576
Şamın işinin indikatoru
19368
Mühərrik və mühərrik hissələrinin bütün texniki baxışı və xidməti üçün Briggs & Stratton
tərəfindən icazə verilmiş texniki xidmət dilerinə müraciət etməyinizi tövsiyə edirik.
Güc Reytinqi:
Benzin mühərrik modelləri üçün güc reytinqi SAE (Avtomobil
Mühəndisləri Birliyi) kod J1940 Kiçik Mühərrik Gücü və Fırlanma Anı Reytinq
Proseduruna əsasən qeyd edilir və SAE J1995 əsasında qiymətləndirilir. Etiketdə "rpm"
qeyd edilən mühərriklər üçün fırlanma anı dəyərləri 2600 RPM səviyyəsində, digərləri
üçün 3060 RPM səviyyəsində əldə edilir; at gücü dəyərləri 3600 RPM səviyyəsində
əldə edilir. Ümumi güc diaqramına www.BRIGGSandSTRATTON.COM saytında baxa
bilərsiniz. Xalis güc dəyərləri qaz çıxışı və hava soyuducusu quraşdırılacaq əldə edilir,
ümumi dəyərlər isə bu qurğular quraşdırılmadan əldə edilir. Faktiki ümumi mühərrik
gücü xalis mühərrik gücündən yüksək olacaqdır və ətraf mühit şərtlərindən, eləcə də,
mühərrikdən asılı olaraq dəyişə bilər. Mühərriklər bir çox avadanlığa yerləşdirildiyi üçün,
benzin mühərriki verilən avadanlıqda ümumi gücə çatmaya bilər. Bu fərqin səbəbi bir
sıra amillərdən, o cümlədən, mühərrik komponentlərinin (hava soyuducusu, qaz çıxışı,
akumlyator, soyutma, karbürator, yanacaq nasosu və s.) müxtəlifliyindən, tətbiqetmə
məhdudiyyətlərindən, ətraf mühitdən (temperatur, rütubət, yüksəklik) və mühərrik
modelindən asılıdır. İstehsal və həcm məhdudiyyətlərinə görə Briggs & Stratton yüksək
gücə malik mühərriklə bu mühərriki əvəz edə bilər.
Zəmanət
Briggs & Stratton mühərrik zəmanəti
Yanvar 2019-dən etibarən qüvvədədir
Məhdud zəmanət
Briggs & Stratton zəmanət verir ki, aşağıda müəyyən edilən zəmanət müddəti ərzində
material və ya hazırlanma keyfiyyəti baxımından qüsurlu olan hər hansı hissəni pulsuz
təmir və ya əvəz edəcək. Bu zəmanətə əsasəntəmir və ya dəyişmək üçün təqdim
edilmiş məhsulun daşınması xərclərini alıcı ödəməlidir. Bu zəmanət aşağıda qeyd edilən
müddət ərzində və şərtlərə əsasən etibarlıdır. Zəmanət çərçivəsində texniki xidmət üçün
BRIGGSandSTRATTON.COM saytındakı diler xəritəsindən sizə ən yaxın Rəsmi servis
dilerini tapın. Alıcı rəsmi servis dileri ilə əlaqə saxlamalı və sonra məhsulu, yoxlanması
üçün Rəsmi servis dilerinə çatdırmalıdır.
Bundan başqa açıq şəkildə bildirilən zəmanət yoxdur. Açıq şəkildə bildirilməyən
zəmanətlər, satışa yararlı və təyinatı üzrə istifadəyə uyğun məhsullar üçün olanlar
da daxil olmaqla, aşağıda qeyd edilən zəmanət müddəti ilə və ya qanunla icazə
verilən çərçivə ilə məhduddurlar.
Təsadüfi yaxud gözlənilən itkilər üçün öhdəlik
qanunla icazə verilən istisnalar çərçivəsində daşınır. Bəzi ştatlar yaxud ölkələr açıq
bildirilməyən zəmanət müddətinə məhdudiyyət qoyulmasına icazə vermir, bəzi ştatlar və
ölkələr isə təsadüfi və ya gözlənilən zərərlərə məhdudiyyət gətirməyə yaxud istisnalara
icazə vermir, buna görə də, yuxarıda qeyd edilən məhdudiyyət yaxud istisnalar sizə aid
olmaya bilər. Bu zəmanət sizə müəyyən qanuni hüquqlar verir və siz ştatdan ştata və
ölkədən ölkəyə dəyişən başqa hüquqlara da malik ola bilərsiniz
4
.
Standart zəmanət şərtləri
1, 2, 3
Vanguard®; ticari seriyalar
3
İstehlakçı istifadəsi – 36 ay
Ticari istifadə - 36 ay
XR Seriyaları
İstehlakçı istifadəsi – 24 ay
Ticari istifadə - 24 ay
Dura-Bore™ Çuqun muftaya malik bütün mühərriklər
İstehlakçı istifadəsi – 24 ay
Ticari istifadə - 12 ay
Bütün digər mühərriklər
İstehlakçı istifadəsi – 24 ay
Ticari istifadə - 3 ay
1
Bunlar bizim standart zəmanət şərtlərimizdir, lakin nəşr olunan zaman
təyin edilməmiş əlavə zəmanət əhatəsinin də mövcud olması mümkündür.
Mühərrikinizin cari zəmanət şərtlərinə baxmaq üçün BRIGGSandSTRATTON.com
saytına daxil olun və ya Briggs & Stratton-un rəsmi servis dilerinə müraciət edin.
2
Ümumi istifadə müəssisələrində əsas güc mənbəyi kimi istifadə olunan
avadanlıqlardakı mühərriklər, kommersiya məqsədilə istifadə olunan ehtiyat
generatorlarında, 25 MPH-dən yüksək sürətə malik ümumi istifadə məqsədli
avtomobillərdə yaxud yarış avtomobillərində yaxud kommersiya məqsədli işlədilən
və ya icarəyə verilən avtomobillərdə istifadə edilən mühərriklər üçün zəmanət
verilmir.
3
Ehtiyat generatorlarında quraşdırılmış Vanguard mühərrikləri: 24 aylıq
istehlakçı istifadəsi, ticari istifadə üçün zəmanət verilmir. 2017-ci ilin iyul ayından
öncə istehsal edilən ticari seriyalar: 24 ay istehlakçı istifadəsi və 24 ay ticari
istifadə üçün.
4
Avstraliyada bizim məhsullara verilən zəmanətlər Avstraliya İstehlakçı qanunu
ilə istisna edilə bilməz. Siz ciddi qüsur olduğu halda əvəzetmə və ya ödənişi geri
qaytarma, əvvəlcədən görülə bilən itki və ya zərərlər üçün isə kompensasiya
hüququna maliksiniz. Qüsur ciddi qüsur sayılmadığı halda və məhsul məqbul
keyfiyyət normalarına cavab verməzsə, siz həmin məhsulu təmir etdirmə və
ya əvəzetmə hüququna maliksiniz. Zəmanət çərçivəsində texniki xidmət üçün
BRIGGSandSTRATTON.COM saytındakı rəsmi diler xəritəsindən və ya 1300
274 447 nömrəsinə zəng edərək və ya [email protected]
ünvanına e-məktub və ya Briggs & Stratton Australia Pty Ltd, 1 Moorebank
Avenue, Moorebank, NSW, Australia, 2170 ünvanına məktub göndərərək sizə ən
yaxın rəsmi servis dilerini tapın.
Zəmanət müddəti pərakəndə və ya kommersiya müştərisi tərəfindən ilkin satınalma
tarixindən başlayır. "İstehlakçı tərəfindən istifadə" dedikdə, pərakəndə istehlakçı
tərəfindən məişət işlərində fərdi istifadə nəzərdə tutulur. "Kommersiya məqsədli istifadə"
dedikdə, gəlir və ya kommersiya məqsədilə və ya icarəyə vermək üçün istifadə nəzərdə
tutulur. Mühərrik kommersiya məqsədilə istifadə edilən kimi bu zəmanətin şərtlərinə
əsasən, bu mühərrik kommersiya məqsədilə istifadə edilən mühərrik sayılmalıdır.
Satınalma qəbzinizi saxlayın. Zəmanət xidmətinə müraciət edərkən ilkin satınalma
tarixini təsdiqləyən qəbzi göstərməsəniz, zəmanət müddətini təyin etmək üçün
məhsulun istehsal tarixi istifadə ediləcəkdir. Briggs & Stratton məhsullarına
zəmanət əldə etmək üçün onların qeydiyyatı tələb olunmur.
Sizin zəmanətiniz haqqında
Bu məhdud zəmanətə yalnız mühərriklə əlaqəli material və/yaxud onun hazırlanma
keyfiyyəti üzrə problemlər daxildir, mühərrikin üzərində yerləşdirildiyi avadanlığın
əvəz olunması və ya geri qaytarılması daxil deyildir. Vaxtaşırı aparılan texniki qulluq,
sazlamalar, tənzimləmələr, normal işlənmə və korlanma bu zəmanətə daxil deyil. Eynilə,
əgər mühərrikə müdaxilə olunubsa, hansısa hissə dəyişdirilibsə və ya mühərrikin seriya
nömrəsi silinibsə, zəmanət tətbiq edilmir. Bu zəmanətə aşağıdakı səbəblərdən yaranan
mühərrik qüsurları və ya fəaliyyət problemləri daxil deyil:
1.
Orijinal Briggs & Stratton hissələrindən başqa hissələrin istifadəsi;
2.
Mühərrikin normadan az, çirkli və ya markası uyğun olmayan sürtgü yağı ilə
işlədilməsi;
3.
Çirkli və ya keyfiyyətini itirmiş yanacaq, 10%-dən artıq etanol ehtiva edən
benzindən istifadə və ya durulaşdırılmış neft və ta təbii qaz kimi alternativ
yanacaqların Briggs & Stratton zavodunda bu yanacaqlarla işləmək üçün nəzərdə
tutulmayan mühərriklərdə istifadəsi;
4.
Hava təmizləyicisinə düzgün qulluq edilməməsi və ya düzgün sökülüb-taxılmaması
səbəbindən mühərrikə çirk düşməsi;
5.
Fırlanan bıçaqlı otbiçən maşının bıçağını nəyəsə vurmaq, boş və ya səhv
quraşdırılmış bıçaq birləşdirən detallar, çarxları və ya dirsəkli vala qoşulmuş digər
qurğular və ya v-kəmərinin çox sıx olması;
6.
Briggs & Stratton tərəfindən təmin edilməyən mufta, transmissiya, avadanlıq
idarəetmə qurğuları kimi əlaqədar hissələr və ya dəstlər;
7.
Bərk otların, torpaq və tullantıların və ya gəmirici yuvalarının soyuducu
qabırğalarının arasına və ya nazimçarx bölməsinə daxil olaraq tıxac əmələ
gətirməsi və ya mühərrikin yaxşı havalanmaması nəticəsində həddən artıq isinmə;
8.
Həddən artıq sürətlə hərəkət, mühərrikin boş bağlanması, bıçaqlar və ya
çarxların boş və ya nataraz olması və ya komponentlərin dirsəkli vala düzgün
bağlanmamasına görə həddən artıq titrəmə;
9.
Avadanlığın təyinatı üzrə istifadə edilməməsi, mütəmadi texniki qulluğun yerinə
yetirilməməsi, düzgün daşınmaması, səhv istifadəsi və ya saxlanması və ya
mühərrikin düzgün quraşdırılmaması.
Zəmanət çərçivəsində texniki xidməti yalnız Briggs & Stratton-un rəsmi
servis dilerləri göstərə bilərlər. Zəmanət çərçivəsində texniki xidmət üçün
BRIGGSandSTRATTON.COM saytındakı diler xəritəsindən və ya 1-800-233-3723
(ABŞ-da) nömrəsinə zəng edərək sizə ən yaxın Rəsmi Servis Dilerini tapın.
80004537 (Düzəlişlər edilmişdir F)
Содержание 080000
Страница 2: ...N o t f o r R e p r o d u c t i o n 2 BRIGGSandSTRATTON com 1 2 3 4 5 6 7 8 9 10 ...
Страница 3: ...N o t f o r R e p r o d u c t i o n 3 11 12 13 14 15 16 17 18 19 20 ...
Страница 271: ...N o t f o r R e p r o d u c t i o n ...
Страница 272: ...N o t f o r R e p r o d u c t i o n ...