
Vacib
Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə
oxuyun və onu gələcəkdə istinad etmək üçün saxlayın.
Təhlükə
-
Heç vaxt altlığı, enerji naqilini və ya əsas enerji ştepselini su və
ya hər hansı başqa bir mayeyə məruz qoymayın.
-
Ərpin təmizlənməsi ilə bağlı təlimatlara əməl edilməməsi təmir
olunması mümkün olmayan zərər verə bilər.
-
Elektrik cərəyanı vurmaması üçün bazanı heç vaxt sökməyin.
Xəbərdarlıq
-
Bu cihaz fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan və ya
cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar
tərəfindən o zaman istifadə oluna bilər ki, onlara cihazın
təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz
istifadəni təmin etmək üçün nəzarət altında olacaqlar, yaxud
əlaqədar təhlükələr barədə məlumatlandırılıblar.
-
Bu cihaz uşaqlar tərəfindən istifadə edilməməlidir. Cihazı və
onun kabelini uşaqların əli çatmayan yerdə saxlayın.
-
Uşaqlar cihazla oynamamalıdır.
-
Cihazı qoşmazdan əvvəl cihazın üzərində göstərilən gərginliyin
yerli şəbəkə gərginliyinə uyğun olub-olmamasını yoxlayın.
-
Ştepsel çəngəli, elektrik kabeli və ya cihazın özü zədələnibsə,
cihazdan istifadə etməyin.
-
Əgər enerji naqili zədələnibsə, təhlükənin qarşısını almaq üçün
o, Philips tərəfindən, Philips lisenziyalı xidmət mərkəzində və ya
oxşar şəkildə kvalifikasiyaya məxsus şəxslər tərəfindən əvəz
edilməlidir.
-
Elektrikli buxar sterilizatorunun içində heç bir davamlı hissə
yoxdur. Elektrikli buxar sterilizatorunu özünüz açmağa, xidmət
göstərməyə və ya təmir etməyə çalışmayın.
-
Cihaz istifadə zamanı həddindən artıq qızır və təmas zamanı
yanıqlara səbəb ola bilər.
- Azərbaycan 22 -