- Azərbaycan 36 -
7
Qabı mühərrikin üzərinə tərs vəziyyətdə qoyun, yəni qapaq aşağıda olsun.
Tutacağın sağ tərəfində olduğundan və düzgün birləşdirildiyindən əmin olun.
Qeyd: Qab və tutacaq düzgün vəziyyətdə yerləşdirilməyibsə, cihaz buxarda bişirməyə
başlamır.
8
Nəzarət düyməsini buxarda bişirmə vəziyyətinə gətirin.
»
Buxar işığı cihaz buxarda bişirdikdə narıncı rəngdə yaranır.
İsti buxar və ya isti su barmaqlarınızı yandıra bilər. İsti hissələrə və buxara toxunmayın
və uşaqların toxunmasına icazə verməyin, çünki bu, yanıqlara səbəb ola bilər.
»
Buxarda bişirmə vaxtı su çənindəki suyun miqdarından asılıdır. "İnqrediyentlər və
buxarda bişirmə vaxtı" fəslindəki cədvələ və resept kitabçasına nəzər salın.
»
Buxarda bişirmə prosesi sona çatdıqda cihaz uğultulu səs çıxarır və buxar işığı
sönür.
9
Nəzarət düyməsin "söndürmə" vəziyyətinə çevirin. Qaynar buxarla yanmamaq
üçün buxar çıxışından çıxan buxar dayanana qədər 2 dəqiqə gözləyin.
Qeyd: Başqa inqrediyentləri buxarda bişirməzdən əvvəl cihazın 10 dəqiqə soyumasına
imkan verin.