- Azərbaycan 54 -
Tez-tez verilən suallar
Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib.
Aşağıdakı məlumatlarla problemi həll edə bilməsəniz, tez-tez verilən
sualların siyahısı üçün
www.philips.com/support
səhifəsinə daxil olun
və ya ölkənizdə olan İstehlakçılara Yardım Mərkəzi ilə əlaqə saxlayın.
İSTİFADƏ QAYDASI/APARATLARI QOŞMAQ
Sual
Cavab
Aparatı yandırdıqda
körpə aparatının
"yanılıdır" işığı niyə
yanmır?
Böyük ehtimalla, körpə aparatı cərəyana qoşulmayıb. Körpə aparatını
cərəyana qoşun. Sonra valideyn aparatı ilə bağlantı qurmaq üçün
körpə aparatının yandırıb/söndürmə açarını yuxarıya doğru, YANILIDIR
istiqamətinə təyin edin.
Cərəyana qoşduqda
valideyn aparatı niyə
dolmur?
Böyük ehtimalla, adapter düzgün taxılmayıb. Adapterin divardakı
rozetkaya düzgün taxıldığından əmin olun.
Ola bilsin ki, valideyn aparatı artıq tam dolub. Batareya tam
doldurulduqda və cihaz cərəyana qoşulduqda batareya statusunun işığı
yaşıl rəngdə yanacaq.
Cərəyana qoşduqda
körpə aparatı niyə
dolmur?
Körpə aparatında doldurma funksiyası yoxdur. Körpə aparatı yalnız
cərəyana qoşulu olduqda işləyir.
Niyə bağlantı qura
bilmirəm?
Niyə bağlantı tez-tez itir?
Niyə səsdə kəsintilər var?
Böyük ehtimalla, körpə aparatı və valideyn aparatı işləmə diapazonunun
kənar limitlərinə yaxındır, yaxud 2,4 GHz tezlikdə işləyən başqa simsiz
cihazlar bağlantının kəsilməsinə səbəb olur. Başqa yeri sınayın, aparatlar
arasındakı məsafəni azaldın və ya 2,4 GHs tezlikdə işləyən digər cihazları
(noutbuklar, mobil telefonlar, mikrodalğalı sobalar və s.) söndürün.
Aparatlar arasında bağlantının yenidən qurulması 10 saniyəyə qədər çəkə
bilər.
Siqnal itibsə, valideyn aparatından siqnal səsi gələcək
(hər 20 saniyədən bir 3 qısa siqnal səsi).
Ola bilsin ki, körpə və valideyn aparatı bir-birinə çox yaxındır,
bağlantının kəsilməsinin qarşısını almaq üçün onların bir-birindən ən azı
1,5 metr/5 fut məsafədə olduğundan əmin olun.
Enerji təchizatı kəsildikdə
nə baş verir?
Valideyn aparatı yenidən doldurula bilən batareya ilə işlədiyinə görə
batareya kifayət qədər doldurulubsa, valideyn aparatı işləməyə davam
edəcək. Buna baxmayaraq, körpə aparatı işləməyi dayandırır, çünki onda
yenidən doldurula bilən batareya yoxdur və yalnız cərəyana qoşulu
olduqda işləyir. Körpə aparatı ilə bağlantının itdiyini göstərmək üçün
valideyn aparatından siqnal səsi gələcək.
Cərəyan təchizatı bərpa edildikdə valideyn aparatı ilə körpə aparatı
arasındakı bağlantı yenidən avtomatik qurulacaq.
Summary of Contents for AVENT SCD831
Page 1: ...SCD831 SCD833 SCD835 ...
Page 4: ... English 2 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 34: ... Azərbaycan 32 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 64: ... Հայերեն 62 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 97: ... ქართული 95 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 130: ... Қазақша 128 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 161: ... Кыргызча 159 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 192: ... Русский 190 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 225: ... Тоҷикӣ 223 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 257: ... Türkmençe 255 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 287: ... O zbek 285 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 316: ... 2022 Koninklijke Philips N V All rights reserved 05 05 2022 ...