- Azərbaycan 35 -
-
Xüsusilə, ştepsel çəngəlinin, rozetkanın və aparatın elektrik kabelinin
tapdalanmasına və ya sıxılmasına imkan verməyin.
-
Körpə monitorunu kabeli qapı və ya keçidə mane olmayacaq şəkildə
yerləşdirdiyinizdən əmin olun. Körpə monitorunu stolun və ya alçaq
şkafın üzərinə qoysanız, elektrik kabelinin masanın və ya şkafın
kənarından asılmasına imkan verməyin. Kabelin ilişmə təhlükəsi yarada
biləcəyi yerə uzanmadığından əmin olun.
-
Qablaşdırma materiallarını (plastik paketlər, karton buferlər və s.)
uşaqların əli çatmayan yerdə saxlayın, çünki bunlar oyuncaq deyil.
-
Elektrik şokunun qarşısını almaq üçün körpə aparatının və ya valideyn
aparatının korpusunu açmayın.
Batareya haqqında təhlükəsizlik təlimatları
-
Bu məhsulu yalnız təyinatı üzrə istifadə edin və bu istifadəçi
təlimatında təsvir olunduğu kimi ümumi və batareya təhlükəsizliyi
təlimatlarına əməl edin. Hər hansı yanlış istifadə elektrik şokuna,
yanıqlara, yanğına və digər təhlükələrə, yaxud yaralanmalara səbəb ola
bilər.
-
Batareyanı doldurmaq üçün yalnız təmin edilmiş sökülə bilən təchizat
blokundan* istifadə edin. Uzadıcı kabeldən istifadə etməyin.
-
Məhsulu 0 °C-40 °C temperaturda doldurun, istifadə edin və saxlayın.
-
Tam dolduqdan sonra cihazı hər zaman cərəyandan ayırın.
-
Məhsulları və onların batareyalarını yandırmayın və onları birbaşa gün
işığına və ya yüksək temperatura (məsələn, isti avtomobillərdə və ya isti
sobaların yanında) məruz qoymayın. Çox isinsə, batareyalar partlaya
bilər.
-
Məhsul anormal dərəcədə isinirsə, anormal qoxu gəlirsə, rəngi
dəyişibsə və ya doldurma üçün həmişəkindən daha çox vaxt lazım
olursa, məhsuldan istifadəni və onu doldurmağı dayandırıb, Philips
dileri ilə əlaqə saxlayın.
-
Məhsulları və onların batareyalarını mikrodalğalı sobalara və ya
induksiya sobalarına qoymayın.
-
Bu məhsul təkrar şarj olunan, dəyişdirilməyən batareya ilə təchiz
olunub. Təkrar şarj olunan batareyanı dəyişdirmək üçün məhsulu
açmayın.
-
Batareyalar ilə işləyən zaman əllərinizin, məhsulun və batareyaların
quru olduğundan əmin olun.
-
Batareyaların qızmasının və ya zəhərli, yaxud təhlükəli maddələr
buraxmasının qarşısını almaq üçün məhsulları və batareyaları
dəyişdirməyin, deşməyin, ya da zədələməyin və batareyaları sökməyin,
qısaqapanmadan yayının, həddindən artıq və ya tərsinə doldurmayın.
-
Çıxardıqdan sonra batareyaların təsadüfən qısaqapanmasının qarşısını
almaq üçün batareya terminallarının metal əşya ilə (məsələn, sikkələr,
saç sancaqları, üzüklər) təmas etməsinə imkan verməyin. Batareyaları
alüminium folqaya bükməyin. Batareya terminallarını yapışdırın və ya
batareyaları atmazdan əvvəl plastik paketə qoyun.
-
Batareyelar zədələnibsə və ya sızırsa, dəri, yaxud göz ilə kontaktdan
çəkinin. Bu baş verdiyi halda, dərhal su ilə yaxalayın və tibbi yardım
axtarın.
Summary of Contents for AVENT SCD831
Page 1: ...SCD831 SCD833 SCD835 ...
Page 4: ... English 2 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 34: ... Azərbaycan 32 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 64: ... Հայերեն 62 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 97: ... ქართული 95 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 130: ... Қазақша 128 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 161: ... Кыргызча 159 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 192: ... Русский 190 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 225: ... Тоҷикӣ 223 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 257: ... Türkmençe 255 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 287: ... O zbek 285 1 16 2 3 4 5 13 14 12 11 6 9 10 8 7 17 18 22 20 19 21 23 25 24 15 ...
Page 316: ... 2022 Koninklijke Philips N V All rights reserved 05 05 2022 ...