131
Azərbaycan
Problem
Mümkün səbəb
Həll
Su çəni cihaza düzgün
yerləşdirilməyib.
Su çənini yenidən cihaza yerləşdirin ("klik
səsi").
Ütüləmə sessiyanızın
əvvəlində buxar düyməsini
kifayət qədər uzun müddət
basılı saxlamamısınız.
Buxar çıxana qədər buxar düyməsini basılı
saxlayın. Buxarın çıxması 30 saniyə çəkə bilər.
ƏRP TƏMİZLƏMƏ
düyməsinin işığı yanıb-
sönür və cihaz siqnal verir.
Bu Ərp Təmizləmə prosesi
haqqında xatırladıcıdır.
Ərp Təmizləmə xatırladıcısı verildikdən sonra
Ərp Təmizləmə prosesini həyata keçirin
(“Təmizlik və baxım” bölməsinə baxın).
Ütü altlığından buxar
çıxmır, ƏRP TƏMİZLƏMƏ
düyməsinin işığı yanıb-
sönür və cihaz siqnal verir.
Ərp Təmizləmə prosesini
yerinə yetirməmisiniz və ya
tamamlamamısınız.
Buxar funksiyasını yenidən aktivləşdirmək
üçün Ərp Təmizləmə prosesini yerinə yetirin
("Təmizlik və baxım" bölməsinə baxın).
Cihaz söndürüldü.
Cihaz 5 dəqiqədən çox
istifadə edilmədikdə
təhlükəsiz avtomatik
söndürmə funksiyası
avtomatik olaraq aktivləşir.
Cihazı yenidən aktivləşdirmək üçün yandırın/
söndürün düyməsinə basın. Sonra cihaz
yenidən qızmağa başlayır.
Cihaz yüksək nasos səsi
çıxarır.
Su çəni boşdur.
Su çənini su ilə doldurub, nasos səsi azalana
və ütü altlığından buxar çıxana qədər buxar
düyməsinə basın.
Ütü altlığından su
damcıları tökülür.
Ərp Təmizləmə prosesindən
sonra qalan su ütü altlığından
axa bilər.
Ütü atlığını parça ilə qurulayın. Ərp Təmizləmə
işığı hələ də yanıb-sönür və cihaz hələ də
siqnal verir, Ərp Təmizləmə prosesini yerinə
yetirin (“Təmizlik və baxım” bölməsinə baxın).
Ərp Təmizləmə prosesi
tamamlanmayıb.
Ərp Təmizləmə prosesini yenidən yerinə
yetirməlisiniz (“Təmizlik və baxım” bölməsinə
baxın).
Buxardan ilk dəfə istifadə
etdiyiniz və ya uzun müddət
istifadə etmədiyiniz zaman
buxar şlanqda suya çevrilir.
Bu, normaldır. Ütünü paltardan uzaq tutun
və buxar düyməsini basın. Ütü altlığından su
əvəzinə buxar çıxana qədər gözləyin.
Ütüləmə zamanı ütü
altlığından paltara çirkli su
və kir çıxır.
Suda olan çirk və ya kimyəvi
maddələr buxar dəliklərinə
və/və ya ütü altlığına yığılıb.
Ərp Təmizləmə prosesini mütəmadi olaraq
həyata keçirin (“Təmizlik və baxım” bölməsinə
baxın).
Ütü altlığından su tökülür. Təsadüfən Ərp Təmizləmə
prosesini başlatdınız
(“Təmizlik və baxım”
bölməsinə baxın).
Cihazı işə salın. Sonra onu yenidən yandırın.
“Ütü hazırdır” işığı davamlı yanana qədər
ütünün qızmasını gözləyin.
Ərp Təmizləmə prosesi
başlamır.
Cihaz siqnal verməyə
başlayana qədər ƏRP
TƏMİZLƏMƏ düyməsini 2
saniyə ərzində basmamısınız.
“Təmizlik və baxım” bölməsinə baxın.
Ütü paltarda parlaqlıq və
ya iz buraxır.
Ütülənən səth düz deyildi,
məsələn, paltarda tikişi və ya
qat yerini ütüləyirdiniz.
PerfectCare bütün geyimlərdə təhlükəsiz
istifadə edilə bilər. Parlaqlıq və ya iz qalıcı
deyil. Paltarı yusanız, çıxacaq. Tikişləri və
qatları ütüləməyin, yaxud tikişlərdə və
qatlarda iz buraxmamaq üçün ütülədiyiniz
yerin üzərinə pambıq parça qoyun.