128
Uvod
Philips-dən alış-veriş etdiyiniz üçün sizi təbrik edirik və "Philips-ə xoş gəlmisiniz" deyirik! Philips-in təklif
etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuzu
www.philips.com/welcome
səhifəsində
qeydiyyatdan keçirin.
Cihazdan istifadəyə başlamazdan əvvəl bu təlimat kitabçasını, vacib məlumatlar bukletini və başlamaq
haqqında qısa təlimatı oxuyun. Onları gələcəkdə istinad etmək üçün saxlayın.
Məhsula ümumi baxış (Şək. 1)
1
Su təchizatı şlanqı
2
Buxar tətiyi/Buxar püskürtmə
3
"Ütü hazırdır" işığı
4
Ütü altlığı
5 Ütü platforması
6
Daşıma kilidini açmaq üçün düymə
7
Su çəninin doldurma girişi
8
Su təchizat şlanqını saxlama bölməsi
9
Ştepseli olan elektrik kabeli
10
İşıqlı Ərp Təmizləmə düyməsi
11
Yandırılma işığı və avtomatik sönmə işığı olan yandırın/söndürün düyməsi
12
İşıqlı ECO düyməsi
13
Ağıllı ərp təmizləmə konteyneri
Philips-in eksklüziv texnologiyası
OptimalTEMP texnologiyası
OptimalTEMP texnologiyası ütünün temperatur parametrini dəyişdirmədən hər cür ütülənən parçaları
istədiyiniz qaydada ütüləməyə imkan verir.
Ütü altlığını birbaşa ütü masasının üzərinə etibarlı şəkildə qoya bilərsiniz (Şək. 2) yenidən ütü platformasına
qoymağınıza ehtiyac yoxdur. Bu, qolunuza düşən gücü azaltmağa yardım edəcək.
Kompakt ProVelocity Texnologiyası
Bu texnologiya qırışları asanlıqla aradan qaldırmaq üçün parçaya dərindən nüfuz edən davamlı buxar
yaradır. O, eyni zamanda cihazın daha asanlıqla saxlanması üçün cihazı ənənəvi buxar generatorlarına
nisbətən daha yığcam və yüngül edir (Şək. 3).
İstifadəyə hazırlanır
İstifadə olunacaq suyun növü
Cihaz kran suyu ilə istifadə üçün nəzərdə tutulub. Yaşadığınız ərazidə su acıdırsa, sürətlə ərp yarana bilər.
Buna görə də cihazın ömrünü uzatmaq üçün distillə edilmiş və ya minerallardan təmizlənmiş sudan istifadə
etməyiniz tövsiyə edilir.
Xəbərdarlıq: Ətirli su, quruducudan götürülən su, sirkə, nişasta, ərp təmizləyici vasitələr, ütüləmə
vasitələri, kimyəvi təmizlənmiş su və ya digər kimyəvi maddələrdən istifadə etməyin, çünki onlar su
sızmasına, qəhvəyi rəngli ləkələmə və ya cihazınızın zədələnməsinə səbəb ola bilər.
Su çənini doldurmaq
Hər istifadədən əvvəl və ya su çənindəki suyun səviyyəsi minimum səviyyədən aşağı düşdükdə su çənini
doldurun. İstifadə zamanı istənilən zaman su çənini yenidən doldura bilərsiniz.
1
Su çəninin doldurma girişini açın (Şək. 4).
2
Su çənini MAKSİMUM göstəricisinə qədər doldurun (Şək. 5).
3
Su çəninin doldurma girişini bağlayın (klik səsi çıxana qədər).
Azərbaycan
Содержание GC7800 series
Страница 2: ...2x 2 sec 2 min 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 ...
Страница 170: ......