9
Batareyanın Təhlükəsizliyi
Cihazı ilk dəfə yığmazdan, yükləməzdən və istifadə etməzdən öncə
məhsulla bağlı təmin edilmiş mühüm təhlükəsizlik və hüquqi məlumatı
oxuyun.
Mobil cihazınız donduqda, onu söndürüb yandırmağa çalışın - ekran
tündləşərək sönüb yenidən yananadək Enerji düyməsinə vurub
saxlayın.
Təhlükəsizliyiniz üçün mobil cihazınızın batareyası yalnız Motorola
tərəfindən təsdiq edilmiş xidmət mərkəzi və müstəqil səriştəli
peşəkarlar tərəfindən çıxarılmalıdır. Batareyanı özünüz çıxarmağa və
ya dəyişməyə çalışmayın, bu, batareyanın zədələnməsi və alışma və ya
xəsarətə səbəb ola bilər. Mobil cihazınızı qırmayın, əyməyin və ya istilik
və ya mayenin təsirinə məruz qoymayın. Bu, batareyanı zədələyə və
alışma və ya xəsarətə səbəb ola bilər. Mobil cihazı mikrodalğalı soba,
plitə və ya quruducu ilə qurutmağa çalışmayın.
Yüksək Səs barədə
xəbərdarlıq
Mümkün eşitmə problemlərinin qarşısını almaq üçün uzun
müddət yüksək səsdə qulaq asmayın.
Tullanma və Təkrar Emal
Mümkün olduğu qədər kömək edin! Zəhmət olmasa, mobil
cihazlar və ya elektrik aksessuarlarını (adapterlər, qulaqlıqlar
və ya batareyalar) məişət tullantıları ilə birgə atmayın.
Məhsulun bağlaması və məhsul üzrə rəhbərlikləri yalnız yerli
toplanma və təkrar emal tələblərinə əsasən tullanmalıdır. Təsdiq
edilmiş yerli təkrar emal sxemləri və Motorola şirkətinin təkrar emal
fəaliyyətləri ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı səhifəyə
keçin:
www.motorola.com/recycling
.
İstifadə
Bu telefon çox miqdarda datadan istifadə edən proqramlar və
xidmətləri dəstəkləyir, odur ki, data planınızın ehtiyaclarınıza uyğun
olduğundan əmin olun. Ətraflı məlumat almaq üçün xidmət təminatçısı
ilə əlaqə saxlayın. Müəyyən proqramlar və funksiyalar bütün ölkələrdə
mövcud olmaya bilər.
Nizamlayıcı məlumatlar
Bu cihazın Nizamlayıcı ID-nə baxmaq üçün (məs., FCC ID) telefonda
Parametrlər
>
Hüquqi məlumat
>
Nizamlayıcı məlumat
seçin və ya
www.motorola.com/device-legal
səhifəsinə daxil olun.
Moto G5S_Russia Country Group_HQ60113329000A.indb 926/05/2017 15:20:46