
10
Zəmanət
Motorola şirkəti bu məhsula məhdud zəmanət verir. Telefonda
zəmanətə baxmaq üçün
Parametrlər
>
Hüquqi məlumat
>
Zəmanət
seçin və ya
www.motorola.com/device-legal
səhifəsinə daxil olun.
Eyni zamanda aşağıdakı ünvandan Motorola ilə əlaqə saxlayaraq
zəmanətin nüsxəsini əldə edə bilərsiniz: Motorola Mobility LLC, Müştəri
Xidməti Şöbəsi--Zəmanət Sorğusu, 222 West Merchandise Mart Plaza,
Suite 1800, Chicago, IL 60654.
Arbitraj və ondan imtina
Qanunla qadağan edilən hallar çıxmaq şərtilə, hər hansı Motorola
məhsulu ilə bağlı yaranan hər hansı fikir ayrılıqları və ya iddialar
məhkəmə deyil, arbitraj yolu ilə (iştirakdan imtina etmədiyiniz halda)
həll ediləcəkdir. İştirakdan imtina etmək üçün satınalmadan sonra
30 gün ərzində adınız, ünvanınız, telefon nömrəniz, cihaz və cihazın
seriya nömrəsi qeyd edilən və bu Arbitraj müddəasının rədd edilməsini
bildirən yazılı bildirişi aşağıdakı ünvana göndərin: Motorola Mobility
LLC, 222 West Merchandise Mart Plaza, Suite 1800, Kimə: Arbitrajdan
İmtina, Chicago, IL 60654 və ya [email protected]. Arbitrajla
bağlı ətraflı məlumat almaq üçün
Parametrlər
>
Hüquqi məlumat
>
Arbitraj və imtina seçin və ya
www.motorola.com/device-legal
səhifəsinə daxil olun.
Məsuliyyətdən imtina
Müəyyən funksiya, xidmət və tətbiqetmələr şəbəkədən asılıdır və hər
yerdə mövcud olmaya bilər; əlavə şərtlər, qaydalar və/və ya xərclər
tətbiq edilə bilər. Ətraflı məlumat almaq üçün mobil operatorla əlaqə
saxlayın. Bütün funksiyalar, imkanlar və digər xüsusiyyətlər, eləcə də
bu təlimatda qeyd edilən məlumatlar ən son əldə olunan məlumata
əsaslanır və çap edilmə anına dəqiqdir. Motorola şirkəti əvvəlcədən
bildiriş göndərmədən istənilən məlumata və texniki xüsusiyyətlərə
dəyişiklik edilməsi hüququnu özündə saxlayır.
Müəllif hüququ və Ticarət nişanları
MOTOROLA, M loqosu, MOTO və MOTO cihazlar xəttinin nişanları
Motorola Trademark Holdings, LLC şirkətinin qeydiyyatdan keçmiş
ticarət nişanlarıdır. LENOVO Lenovo şirkətinin ticarət nişanıdır.
Google, Android, Google Play və digər nişanlar Google Inc şirkətinin
ticarət nişanlarıdır. microSD Logo SD-3C, LLC şirkətinin ticarət
nişanıdır. Bütün digər məhsul və ya xidmətlərin adları müvafiq
sahiblərinin mülkiyyətidir.
© 2017 Motorola Mobility LLC. Bütün hüquqlar qorunur.
Məhsul ID: Moto X
4
(Model XT1900-5, XT1900-7
)
Təlimatın Nömrəsi: SSC8C19572-A
Motorola Mobility LLC
222 W. Merchandise Mart Plaza
Chicago, IL 60654
www.motorola.com
Moto X4_GSG_Russia_en-GB ru kk uk ro ka az_SSC8C19572A.indb 10
2017-08-09 11:13:10