► Yanacaq çəni qapağının ətrafını nəm dəsmalla
təmizləyin.
► Yanacaq çəninin qapağını (1) saat yönünün
tərsinə yanacaq çəninin qapağı çıxana qədər
fırladın.
► Yanacaq çəni qapağını çıxarın.
► Yanacağı elə doldurun ki benzinlə yanacaq
çəninin ağzının kənarı arasında ən azı 15 mm
fasilə olsun.
► Yanacaq çəni qapağını yanacaq çəninin
üzərinə qoyun.
► Yanacaq çəni qapağını saat yönündə fırladın
və əl ilə bərkidin.
Yanacaq çəni bağlanmışdır.
8
Qazon biçəni istifadəçi
üçün tanıtmaq
8.1
Sükanı açmaq
► Motoru söndürün.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçən hamar bir səthin üzərində
olmalıdır.
► Sükanı (1) qaldırın.
► Qolu (2) aşağıya doğru basıb saxlayın.
► Sükanı (1) açın və kabel kanallarının (3 və 4)
sıxılmadığından əmin olun.
► Qolu (2) buraxın və sükanın (1) yenidən tam
məşğul olduğundan əmin olun.
Sükan (1) möhkəm qazon biçənə
bağlanmışdır.
► Biçim üçün yandırma qolu (5) sükana (1) tərəf
basın və basılı vəziyyətdə saxlayın.
► İşə salma dəstəyi (6) yavaş-yavaş kabel
istiqamətverici (7) tərəfinə çəkin.
► İşə salma dəstəyi (6) istiqamətvericiyə (7)
asın.
► Biçim üçün yandırma qolunu (5) buraxın.
► Alışdırma şamı ştepselini təkrar taxın.
8.2
Sükanı qurmaq
► Motoru söndürün.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçən hamar bir səthin üzərində
olmalıdır.
► Sükanı (1) saxlayın.
► Qolu (2) aşağıya doğru basıb saxlayın.
► Sükanı (1) arzu olunan mövqeyə gətirin.
► Qolu (2) buraxın və sükanın yenidən tam
məşğul olduğundan əmin olun.
8.3
Sükanı bükmək
Maşını daşımaq və saxlamaq üçün, əraziyə
qənaət etməklə, sükan bükülə bilər.
► Motoru söndürün.
► Alışdırma şamı ştepselini çıxarın.
► Qazon biçən hamar bir səthin üzərində
olmalıdır.
► Biçim üçün yandırma qolunu sükana tərəf
basın və basılı vəziyyətdə saxlayın.
8 Qazon biçəni istifadəçi üçün tanıtmaq
Azərbaycan dili
0478-111-9952-B
485