
Aksesuarların sifarişi
Aksessuar və ehtiyat hissələri almaq üçün
www.philips.com saytına
keçin və ya Philips
diler mağazasına gedin. Həmçinin ölkənizdəki Philips İstehlakçılara Yardım Mərkəzi (əlaqə
təfərrüatları üçün beynəlxalq zəmanət kitabçasına baxın) ilə də əlaqə saxlaya bilərsiniz.
Təkrar emal
-
Bu simvol bu məhsulun normal məişət tullantıları ilə birlikdə atılmamalı olduğunu
bildirir (2012/19/Aİ).
-
Ayrı-ayrı elektrik və elektron məhsulların toplanması ilə bağlı ölkənizin
qaydalarına əməl edin. Düzgün atılma ətraf mühit və insan sağlamlığı üçün mənfi
nəticələrin qarşısını almağa kömək edir.
Zəmanət və dəstək
Məlumat və ya dəstəyə ehtiyacınız varsa,
www.philips.com/support
ünvanına daxil olun
və ya ayrıca beynəlxalq zəmanət kitabçasını oxuyun.
Qeyd: Bu cihazın optimal fəaliyyət göstəricisinə malik olması üçün müntəzəm olaraq
ərpini təmizləmək lazımdır. Əks təqdirdə, cihaz işləməyə bilər. Bu halda təmir
zəmanətlə əhatə olunmur.
Nasazlıqların aradan qaldırılması
Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Problemi
aşağıdakı məlumatlar əsasında həll edə bilməsəniz, ölkənizdəki İstehlakçılara Yardım
Mərkəzi ilə əlaqə saxlayın.
Problem
Həll
Sterilizatorumun
ərpini nə vaxt
təmizləməliyəm?
Sterilizatordan istifadə edərkən qızdırıcı lövhədə qar kimi ağ —
qəhvəyiyə bənzər rəngdə xırda nöqtələrin meydana çıxdığını
görə bilərsiniz. Bu, sterilizatorunuzun ərpinin təmizlənməli
olduğunun göstəricisidir.
İstənilən halda sterilizatorun effektiv şəkildə işləməsinin
davam etməyini təmin etmək üçün ən azı 4 həftədən bir ərpini
təmizləmək lazımdır.
Nəyə görə sterilizasiya
vaxtı bu qədər qısadır?
Sterilizasiya etmək üçün kifayət qədər su əlavə etməmisiniz.
Tam 130 ml suyu birbaşa altlığın su qabına əlavə edin.
Sterilizasiyadan sonra
nəyə görə hələ də
qızdırıcı lövhədə çox su
qalır?
Ola bilsin ki, qızdırıcı lövhə ərp yığıntısı ilə bloklanıb. Ən azı hər
4 həftədən bir sterilizatorun ərpi təmizlənməlidir.
"Ərpdən təmizləmə" bölməsinə baxın.
- Azərbaycan 39 -
Содержание Avent SCF293
Страница 1: ...SCF293 ...
Страница 213: ... 2022 Koninklijke Philips N V All rights reserved 20 04 2022 ...